Sirkə turşusundan zəhərlənən Şəki sakini reanimasiya şöbəsinə yerləşdirilib

 22:27 24.09.2020     30

Şəkidə kişi sirkə turşusundan zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəki şəhəri, M.Rəsulov küçəsi, ev 75 ünvanında yaşayan Bayram İsa oğlu Paşayev zəhərlənmə əlamətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

Müayinə zamanı B.Paşayevin yaşadığı ünvanda sirkə turşusundan zəhərləndiyi məlum olub. Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/883968.html