AMEA koronaya bu bitkilərlə qalib gələcək – Açıqlama

 12:42 25.09.2020     36

Koronavirusla mübarizə ilə bağlı AMEA-nın bir çox elmi tədqiqat institutlarında tədbirlər həyata keçirilir. Botanika İnstitutunda immun sisteminin gücləndirilməsinə kömək edən xalq təbabəti üsulları müəyyən olunub.

Bunu Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) koronavirusla mübarizədə görülən tədbirlər barədə danışan Akademiyanın birinci vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, Dendrologiya İnstitutunda da yoluxmanın qarşısını almaq üçün endemik bitkilər müəyyənləşdirilib və onların çoxaldılması istiqamətində işlər aparılır:

“Akademiyanın müxbir üzvü Tərlan Məmmədov isə vaksin üzərində çalışdığını bəyan edib. Onun Türkiyənin Ağdəniz Universiteti ilə birgə hazırladığı vaksinin bu günlərdə heyvanlar üzərində tətbiqi başa çatıb və yeni mərhələ üzərində iş başlayıb. Bundan başqa, Akademiyada tanınmış alimlərimiz, virusologiya ilə məşğul olan 10-dan çox xarici ölkənin alimi və Səhiyyə Nazirliyi və TƏBİB-lə birlikdə onlayn konfrans keçirildi. Bizim bir çox alimimiz ABŞ-da yaşayır. Onlar yoluxmanın qarşısını almaq üçün zülal maddələrindən ibarət yeni dərman qrupu icad etdiklərini bildiriliblər. Çox istəyərdim ki, azərbaycanlı alimlər dünya əhəmiyyətli olan bu vaksinin hazırlanmasının iştirakçılarıından olsun”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/501424.html