Paşinyanın video-faktları Bakının əlində: İrəvanda şok...

 13:00 25.09.2020     27

Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı bəzi məxfi danışıqlarda iştirak etdiyinə dair sensasion sübutların olması barədə məlumatlar erməni cəmiyyətində şok effekti verib.

Axar.az xəbər verir ki, bu barədə “Politik.am” yazıb.

Erməni saytının məlumatına görə, bu günlərdə üzə çıxan faktlar zəncirin ilk halqasıdır və ya Ermənistana qarşı xəbərdarlıq atəşidir:

“Gizli danışıqların Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun dövründə aparıldığı istisna olunmur. Mövcud məlumatlara görə, bu danışıqların foto və videoları da var. Bu sübutların hamısı Bakıdadır. Bu görüntülər dərc olunsa, Nikol Paşinyan və bütün Ermənistan hakimiyyəti çox acınacaqlı vəziyyətə düşəcək.

Əgər Ermənistanın Baş naziri və onun siyasi komandası haqqında kompromatlar Bakının əlindədirsə, ən ağıllı çıxış yolu Nikol Paşinyanın istefa verməsidir”, - məqalədə bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/501433.html