Tonoyan Rusiyaya getdi

 13:15 25.09.2020     26

Ermənistan Müdafiə naziri David Tonoyan Rusiyaya səfər edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan öz Feysbuk səhifəsində paylaşıb.

Onun Rusiyaya Qafqaz-2020 təliminin əsas mərhələsini müşahidə etmək üçün getdiyi bildirilib.

Təlimə Rusiya Prezidenti Vladimir Putin də qatılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/501434.html