Beyləqanda yanğın olub, 1 nəfər xəsarət alıb

 20:34 17.10.2020     41

Beyləqan rayonunda ümumi sahəsi 24 m² olan talvarın altında həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu, xalça və yataq dəsti yanıb. Yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 1 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/890259.html