Ermənilərin Gəncəyə yenidən raket zərbəsi endirməsi Almaniya KİV-lərində

 22:04 17.10.2020     78

Oktyabrın 16-dan 17-nə keçən gecə işğalçı Ermənistanın silahlı birləşmələrinin Gəncəni yenidən raket hücumuna tutması Almaniyanın nüfuzlu KİV-lərində geniş şəkildə işiqlandırılıb.

AZƏRTAC xəbər verir ki, əsasən eyni məzmun daşıyan məqalələrdə xüsusi olaraq vurğulanır: “Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində ən azı 13 mülki vətəndaş həlak olub və 50-dən çox insan yaralanıb. Hücum mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyasının müddəalarına ziddir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/331996.html