Boğaz ağrısına qarşı təbii çarələr

 22:10 17.10.2020     73

Payız-qış mövsümündə ən çox rast gəlinən problemlərdən biri də boğaz ağrısı, badamcıqların iltihabı-anginadır.
Çox tez-tez təkrarlanmayan boğaz ağrısına qarşı evdə də tədbir görmək olar və bu çox zaman öz müsbət nəticəsini göstərir. Boğaz ağrısına, iltihaba, anginaya qarşı ən yaxşı təsir edən təbii vasitələr hansılardır?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, burada ilk növbədə çoxlu miqdarda maye qəbul etməyin vacib olduğu bildirilir.
Bundan başqa, ağıza düzgün qulluq edilməsi, antiseptik ve antibakterial qarqaralar olduqca təsirli sayılır.
Süd və sarıkök həmin bölgənin infeksiyadan təmizlənməsində mühüm rol oynayır. Sarımsağın da antibiotik təsiri boğaz ağrısının tez bir zamanda aradan qalxmasına kömək edir.
Boğaz ağrısına qarşı, iltihabın müalicəsində bitki çayları da müsbət təsir göstərir. Bunun üçün çobanyastığı çayını, adaçayını, mixək dəmələməsini misal göstərmək olar. Həmçinin toyuq şorbası, bal və sarımsaq qarışığının faydalı olduğu bildirilir. Amma mütəxəssislər hesab edir ki, tez-tez boğaz ağrısı olarsa, ildə 5-6 dəfə angina yaranarsa, bu, evdə müalicə ilə keçən hal deyil, mütləq həkimə müraciət olunmalıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/888312.html