Döyənək

 22:45 17.10.2020     54

Döyənək qalınlaşmış və sərtləşmiş dəri sıxıntısıdır. Ayağa sıx gələn, sərt, dar iti burunlu ayaqqabılar ayaq barmaqlarını sıxışdırır, hərəkətinə mmane olur. Ayaq barmaqlarının üzərindəki dəri və dəri altındakı toxumaların təzyiqə uğraması nəticəsjndə döyənək inkişaf edir. Döyənəkdən qorunmaq üçün ilk növbədə ayaq barmaqlarını sıxmayan ayaqqabılar geymək lazımdır.
Bir əzvay yarpağı uzununa kəsilir və döyənəyin üzərinə qoyularaq bir neçə islatma şəklində saxlanır. Səhəri döyənəyi bıçağın küt tərəfi ilə qaşıyaraq üzərinə vazelin çəkilir. Prosedur döyənək itənə qədər davam etdirilir.
3 diş sarımsaq götürülür, üzərinə 3-4 stəkan çaxır sirkəsi tökülərək 2 həftə saxlanır. Kiçik kətan parçasını soyuq sarımsaqlı sirkədə isladıb artığını sıxaraq parça ağrıyan yerə qoyulur, bağlanır və islatma səhərə qədər saxlanır. Səhəri gün təzə islatma qoyulur.
Qabar və ya döyənəyi adi limonla müalicə etmək mümkündür. Gecə bir tikə limon qabıqlı halda qabarın üstünə bağlanır, səhər qabarı asanlıqla çıxartmaq mümkündür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/888307.html