Mikoplazmoz

 23:15 17.10.2020     71

Son illər sidik-cinsiyyət sisteminin patologiyasında mikoplazmozların rolu xüsusi qeyd olunur.
Patogenezi:

Urogenital mikoplazmanın patogenezi indiyə qədər tam öyrənilməmişdir. Ureaplazmaların həyat fəaliyyəti nəticəsində ayırdığı ammonyak toxumalar üçün tokisikidir. Mikoplazmalara sahib hüceyrələrin xolesterin və yağ turşularını mənimsəyir. Urogenital mikoplazmoz cinsi yolla keçir. Mikoplazmozlar trixomonadlar və spermotozoidlər vasitəsilə asan ötürülür. Qızların dolayı yolla yoluxması mümkündür. Homoseksuallarda, qeyri-qonokokk uretriti, sonsuzluğu, kiçik çanaq üzvlərinin iltihabi xəstəlikləri olan qadınlarda, yüksək cinsi aktivliyə malik şəxslərdə mikoplazma aşkarlanma ehtimalı daha yüksəkdir.
Diaqnozu:

Xəstəliyə diaqnoz qoymaq çətinlik törədir. Infeksiyaların diaqnostikasında aşağıdakı metodlardan istifadə olunur:
*bakterioloji
*bakterioskopik
*genişləndirilmiş kolonoskopiya
*mikoplazma
*test sistemi
*polimeraz zəncir reaksiyası.
Tədqiqat materialı qismində uşaqlıq boynu, uretra, uşaqlıq yolundan alınmış sekret tətbiq olunur.
Müalicə:

Mikoplazma infeksiyası trixomoniazla birgə rast gəlindikdə antibakterial müalicə təyin edilir.
Bu preparatlara azitromisin, doksisiklin, eritromisin, ofloksasin, levofloksasin aiddir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/888303.html