Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

 00:26 18.10.2020     65

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir bildirib ki, COVID-19-dan ölənlərin ümumi sayı 9 224 nəfərə çatıb.

F.Qoca qeyd edib ki, ölkədə 1 723 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 345 678 nəfərə yüksəlib.

Onun sözlərinə görə, ötən gün koronavirusdan 1 401 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 302 499 nəfər təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/332004.html