Sumqayıtda ağır qəza: ÖLƏN VAR

 04:30 18.10.2020     58

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident zamanı 66 yaşlı qadın dünyasını dəyişib.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, yolu keçmək istəyən şəhər sakini, 1954-cü il təvəllüdlü Hüseynova Sevil Bəşir qızını avtomobil vurub. Qəza nəticəsində ağır xəsarət alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı şəhər polisi araşdırma aparır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/331974.html