Yeni “OnePlus 8T” smartfonu təqdim edilib

 21:20 20.10.2020     42

"OnePlus" şirkəti qabaqcıl modelinin "8T" adlandırılmış yeniləməsini təqdim edib. Yeni smartfonun təqdimatı istehsalçının "YouTube" kanalında baş tutub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 6,55 düym diaqonallı displey vacib bir yenilik əldə edib - indi matris təsviri 120 hers tezlikdə yeniləyə bilir. "Fluid AMOLED" displeyinin digər xüsusiyyətləri sələfi ilə oxşardır: "Full HD" təsvir ölçüsü, 16 mp-lik ön kamera və 1100 nit maksimal parlaqlıq.

Aparat platforması əvvəlki kimi saxlanılıb, smartfon "Snapdragon 865" prosessoru ilə təchiz edilib. "OnePlus 8T" aparatı 8 və ya 12 QB əməli yaddaş, 128 və ya 256 QB daxili yaddaşa malik ola bilər. Smartfon "5G" rabitə texnologiyasını dəstəkləyir.

Fotoqrafiya imkanları eyni qalıb. Fotomodul 4 sensordan ibarətdir: 48 mp-lik optik sabitləşmə sisteminə malik əsas "IMX586", 16 mp-lik super genişbucaqlı, 5 mp-lik makromodul və 2 mp-lik ağ-qara rəngli sensor. Məlumata görə, yeni aparat şəklin işlənməsi alqoritmləri sayəsində gecə vaxtı daha yaxşı video çəkmək imkanına malikdir.

Telefonda daxili akkumulyatorun tutumu 4500 milliamper/saatadək artırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/890444.html