UEFA millimizə və “Qarabağ”a QADAĞA QOYDU - RƏSMİ

 23:12 20.10.2020     43

Azərbaycan milli komandasının və UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” klubunun ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

Publika.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda milli komandaların və klubların oyunlarına qadağa qoyub.

Qərarın təhlükəsizlik naminə qəbul olunduğu deyilir. Bu ölkələrdə keçirilməsi nəzərdə tutulan matçlar üçün neytral meydanlar seçiləcək.

Qəbul olunmuş qərarlarla bağlı ətraflı məlumatla uefa.com saytına daxil olaraq tanış ola bilərsiniz.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/332410.html