Ayın mənimsənilməsi üzrə təşəbbüsün iştirakçıları məlum olub

 23:20 20.10.2020     49

ABŞ Kosmik Agentliyi (NASA) "Artemis" missiyası çərçivəsində kosmonavtların Aya göndərilməsi məqsədilə Yer peykinin fəth edilməsi üzrə beynəlxalq təşəbbüs yaradıb. Saziş Ayın və kosmosun tədqiqi üzrə əsas prinsipləri nəzərdə tutur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, agentliyin bəyanatına görə, "Artemis" missiyası tarixdə kosmosun insan tərəfindən tədqiqində ən geniş və müxtəlif beynəlxalq proqram olacaq, saziş isə bu unikal qlobal koalisiyanın yaradılması üçün vasitə rolunda çıxış edəcək. Saziş Ayın öyrənilməsi üçün tərəfdaşları birləşdirməyə və kosmosda bütün bəşəriyyət üçün təhlükəsiz, dinc və çiçəkli gələcək qurmaq məqsədilə həyati prinsipləri müəyyənləşdirməyə imkan verəcək.

"Artemis" sazişi səkkiz ölkə - Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Yaponiya tərəfindən imzalanıb. "NASA" nümayəndələrinin sözlərinə görə, təşəbbüs 2024-cü ildə kosmonavtların Aya göndərilməsini əhatə etməklə yanaşı, cari onilliyin sonunadək Yer peykində insanın uzun müddət olması və Marsın mənimsənilməsinə hazırlıq üçün əsas olacaq.

Agentlik nümayəndələri ümid edir ki, saziş həm kosmosda, həm də Yer kürəsində münaqişələrin qarşısını almağa imkan verəcək. Əsas məqsəd bütün bəşəriyyətin dinc və çiçəkli gələcəyinin təmin olunmasıdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/890446.html