“Apple” şirkəti “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” qurğularının istehsalını dayandıracaq

 23:50 20.10.2020     51

ABŞ-ın "Apple" korporasiyası yeni smartfon seriyasının nümayişindən sonra "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" aparatlarının istehsalını dayandıracağını təsdiq edib. Xatırladaq ki, bu modellər bir il bundan əvvəl satışa çıxarılmışdı.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, xatırladaq ki, bu, şirkətin ilk belə addımı deyil. Məsələn, "iPhone XS" və "iPhone XS Max" smartfonlarının nümayişindən sonra "Apple" şirkəti bir çox bazarlarda "iPhone X"ın buraxılışını dayandırmışdı. Eyni zamanda ötən il "iPhone 11 Pro" və "iPhone Pro Max" aparatlarının çıxarılmasından sonra şirkət, həmçinin "iPhone XS" və "iPhone XS Max" smartfonlarının istehsalını dayandırmışdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/890456.html