Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov

 23:49 20.10.2020     40

Erməni mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar.

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/332412.html