Pandemiyadan sonra Portuqaliya iqtisadiyyatının bərpası üçün on il lazım olacaq

 07:48 21.10.2020     34

Pandemiyadan sonra Portuqaliya iqtisadiyyatının bərpası üçün on il lazım olacaq. Portuqaliyanın Baş Naziri Antoniu Koşta bu fikrini Avropa Komissiyasının iclasında söyləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiyasının Portuqaliya iqtisadiyyatına vurduğu zərəri tamamilə aradan qaldıraraq əvvəlki vəziyyətə qayıtmaq üçün on il lazımdır.

Portuqaliya hökuməti 2021-ci ildən 2026-cı ilədək olan dövrdə Avropanın borcu birbaşa artırmayan qaytarılmaz fondlarından 12,9 milyard avro həcmində qrantlara və daha 15,7 milyard avro məbləğində ucuz kreditə güvənir.

Bundan başqa, hökumət kənd regionlarının inkişafı proqramından və Ədalətli Keçid Fondundan əldə edə biləcəyi 445 milyon avroya da ümid edir.

Beləliklə, əgər xəzinəyə 31 milyard avro həcmində vəsait daxil olarsa, o halda ölkə 2021-2026-cı illər dövründə maliyyə artımını hiss edə bilər. Bununla belə, Portuqaliya hökumətinin ilkin hesablamalarına müvafiq olaraq, koronavirusdan öncəki iqtisadiyyatın səviyyəsinin bərpası üçün ölkəyə on il tələb olunur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/890967.html