Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib

 08:07 21.10.2020     34

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 63 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 63 xəstə dünyasını dəyişib". Bu, 64 ölümün qeydə alındığı 3 iyundan indiyədək maksimum göstəricidir.

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusa yoluxanların sayı 372 628 minə, xəstəlikdən ölənlərin sayı isə 6 121-ə yüksəlib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/891044.html