ABŞ Rusiya sərhədlərinə qoşun yığır

 09:57 21.10.2020     41

ABŞ Almaniyadan geri çəkəcəyi əsgərləri Şərqi Avropaya yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Mark Esper bildirib.

Nazir qeyd edib ki, ABŞ əsgərləri Polşa başda olmaqla, Şərqi Avropanın bir neçə bölgəsinə daimi xidmətə göndəriləcək.

Rusiyaya qarşı Avropadakı müttəfiqləri ilə bir çox yeni razılaşmaya imza atdıqlarını bildirən Esper bu işin NATO-dan kənara çıxdığını da vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/332440.html