Bu il ali məktəbə qəbul olmuşdu, amma qismət olmadı

 10:01 21.10.2020     39

Gəncədə baş vermiş erməni terroru bir çoxlarının, o cümlədən həyat yolunu yenicə seçən gənclərin həyatına son qoydu.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, 18 yaşlı Ləman Qəhrəmanova aylarla, bəlkə də illərlə hazırlaşaraq universitetə qəbul olmuşdu və tələbə həyatına başlayacaqdı, ancaq erməni vəhşiliyinin qurbanı oldu.

Valideynləri deyirlər ki, Ləman çox sevincliydi. Əziyyətinin bəhrəsini görmüşdü, lakin olmadı.

Həmin gecə ermənilərin terroru nəticəsində Ləmanla yanaşı, bibisi - 34 yaşlı Xatirə Qəhrəmanova və onun övladları - 11 yaşlı Orxan Xəlilli və 6 yaşlı Məryəm Xəlilli də dağıntılar altında qalaraq dünyasını dəyişiblər.

Nənə Sənayət Qəhrəmanova və oğlu Ramiz Qəhrəmanov dağıntılar altında qalaraq xəsarət alıblar. Lakin dünyasını dəyişmiş əzizlərinin acısı öz yaralarından daha ağırdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/891063.html