General-mayor Emin Şəkinski vəfat etdi

 10:09 21.10.2020     41

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, general-mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix, 1993-cü ildə Hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı Şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/891080.html