Trampı səssiz qoydular - VİDEO

 10:17 21.10.2020     37

Pensilvaniya ştatında seçiciləri qarşısında çıxış edən Donald Trampın mikrofonu qəfildən sönüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Birləşmiş Ştatlar prezidentinin nitqini istər çıxış etdiyi stadionda, istərsə də televiziya yayımından eşitmək mümkün olmayıb.

Qısa müddət sonra texniki nasazlıq aradan qaldırılıb və D.Tramp çıxışını davam etdirib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/891078.html