ÜST daha bir xəstəliklə bağlı xəbərdarlıq etdi

 10:23 21.10.2020     26

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan infeksiya ilə bağlı həyəcan təbili çalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilat Yəmənin şimalında son 9 ayda 76 nəfərin dang qızdırması səbəbindən həyatını itirməsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, 38 516 nəfər yoluxmada şüphəli bilindiyi üçün test edilib. Testin nəticələrinə əsasən, 92 faiz yoluxma Marib, Hudeyde, Taiz və Hacce bölgələrində qeydə alınıb.

Ağcaqanadlar vasitəsi ilə ötürülən xəstəlik yağışın çox yağdığı fəsillərdə, əsasən də iyun-sentyabr aylarında artır. 

BMT rəsmiləri əvvəlki açıqlamalarında, Yəməndə bir çox insanın sadəcə yeni növ koronavirus (Covid-19) səbəbiylə deyil, həm də ölkədəki səhiyyə sisteminin tamamilə çökməsi şəraitində malyariya, vəba, dang və digər xəstəliklər səbəbindən ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/891056.html