"Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb" - Hikmət Hacıyev

 10:22 21.10.2020     23

Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:

Tərtər - 423 mərmi

Ağdam - 49 mərmi

Ağcabədi - 24 mərmi

Goranboy - 2 mərmi

Naftalan/Goranboy - "Smerch" raketləri.

Tərtərdə 2 mülki həlak olub, biri yaralanıb

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/891083.html