Azərbaycanda tanınmış polis generalı vəfat etdi - FOTO

 10:43 21.10.2020     41

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Publika.az BakuPost-a istinadən xəbər verir ki, 59 yaşlı generalın səhhətində müəyyən problemlər var imiş.

Şəkinski Emin Əkrəm oğlu 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. O, Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Emin Şəkinski 2015-ci ildə həyat yoldaşı Gülnarə Şəkinskayanın evdən 60 min manat oğurlayaraq övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahiri saxta sənədlərlə ölkədən çıxararaq qaçmasına görə aparılan cinayət işi ilə gündəmə gəlmişdi. E.Şəkinski bu hadisədən hüquq-mühafizə orqanlarına şikayət etmişdi. G.Şəkinskayaya kömək edən bir neçə vətəndaş və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev cinayət işi üzrə təqsirləndirilmişdi. Əlövsət Əliyev o zaman beynəlxalq axtarışa verilmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/332450.html