Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü

 10:56 21.10.2020     46

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub. Ş.Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/891074.html