Luçesku ÇL-in tarixinə düşdü

 11:12 21.10.2020     48

"Dinamo"nun baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mövsüm Kiyev təmsilçisinin başında "Yuventus"a qarşı  oyuna çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə "Bavariya"nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

Qeyd edək ki, "Dinamo" - "Yuventus" görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/891067.html