Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb

 11:24 21.10.2020     25

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/891102.html