"Noyabrın ortalarında Gürcüstanda koronavirusa yoluxanların sayı 5 minə çata bilər"

 22:10 23.10.2020     43

Gürcüstanda koronavirusa yoluxmanın ən yüksək həddini noyabrın ortalarında gözləyirik. Vəziyyət belə davam edərsə noyabrın ortalarında gündəlik yoluxma sayı 4-5 min arasında olacaq. Bu rəqəm hətta 5 min də ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

Onun sözlərinə görə, bütün qadağalara və sərt tədbirlərə baxmayaraq koronavirus dünyada yayılmaqda davam edir. Gürcüstan da bütün vasitələrdən istifadə edərək pandemiyaya qarşı mübarizə aparır. Bununla belə heç bir ölkə hələlik pandemiyanın qarşısını tam ala bilməyib.

"Gürcüstan hökuməti proqnozlara baxmayaraq noyabrda gündəlik yoluxma hallarının heç olmasa 3-4 min arasında olmasına çalışacaq",- deyə Qamkrelidze vurğulayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/891626.html