COVID-19 xəstəliyinin müalicəsi üçün ilk dəfə bir dərman preparatı təsdiqlənib

 22:40 23.10.2020     44

ABŞ-da COVID-19 xəstəliyinin müalicəsi üçün ilk dəfə bir dərman preparatı təsdiqlənib.

Milli.Az xəbər verir ki, ölkənin Ərzaq və Dərman İdarəsi Kaliforniyanın "Gilead Sciences Inc." firmasının "Veklury" adlı dərmanının koronavirusun törətdiyi xəstəliyin müalicəsində effektiv olduğunu açıqlayıb.

Açıqlamada bildirilib ki, "'Veklury" koronavirus infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilən ən az 12 yaşında və 40 kq-dan çox çəkisi olan insanların müalicəsində istifadə oluna bilər və bu dərman sağalma prosesini 5 gün azaldır.

Dərman virusun orqanizmdə özünü çoxaltmaq üçün istifadə etdiyi bir maddəni məhv edir.

Qeyd edək ki, "Veklury"dən daha əvvəl yalnız təcili vəziyyətlərdə istifadə olunması üçün icazə verilmişdi.

Dərman bu günə qədər 50-yə qədər ölkədə təsdiqlənib. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/891692.html