Bu vitaminlər ikinci dalğadan QORUYA BİLƏR

 01:13 24.10.2020     42

Çikaqo Tibb Universitetinin alimləri koronavirusla mübarizədə effektiv olan və ikinci dalğada insanları yoluxmaqdan qoruya biləcək vitaminləri açıqlayıb.

Publika.az xəbər verir ki, onlar A, B qrup, C, D vitaminlərinin defisiti insanların koronavirusa tez yoluxmasına səbəb olur. Xüsusən araşdırmalar göstərib ki, D vitamini az olan insanlar daha çox yoluxub.

Alimlər payız menyusuna balıq, pendir, göbələk, ət daxil etməyi tövsiyə edir. İmmuniteti möhkəmləndirmək üçün sink də qəbul etmək lazımdır. / medicina.az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/332819.html