Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətdir

 22:36 24.10.2020     45

15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi müharibə cinayətdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın uşaqları müharibəyə cəlb etdiyini sübut edən videoya cavab olaraq tvitter səhifəsində yazıb.

Hikmət hacıyev bildirib ki, videoda Ermənistanın uşaqdan əsgər kimi istifadə etdiyi görünür. İstintaq başladılmalıdır:

"15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/892054.html