Audi Q5 Sportback krossoveri debüt edib - FOTO

 23:01 24.10.2020     40

Audi şirkəti yığcam Q5 krossoverinin Sportback indeksini almış kupeşəkilli versiyasını təqdim edib. Yeni krossover maili dam xətti olan orijinal kuzovu, genişləndirilmiş standart təchizatı ilə fərqlənir. Üstəlik, Q5 Sportback mexaniki transmissiyadan məhrum edilib. Audi Q5 Sportback modelinin əsas bazarlardakı satışına bu ilin dördüncü rübündə başlanacaqdır.

Konstruktiv olaraq, Audi Q5 Sportback yenilənmiş adi Q5 modelini dəqiq şəkildə təkrarlayır və bəzi rakurslardan krossoverlər arasındakı fərq yalnız cizgilərdədir. Məsələn, Q5 krossoverlərini yalnız ön tərəfdəki radiator barmaqlığının naxışı və yan hava girişlərinin forması ilə fərqləndirmək olar. Ancaq arxa bamperin alt hissəsi tamamilə yenidir, kross-kupeni tanımağın ən asan yolu onun xarakterik idman siluetidir. Q5 və Q5 Sportback modelləri müştərinin satın alarkən seçə biləcəyi eyni naxışlı LED işıqlara malikdirlər.

Yeni arxa bamper sayəsində Audi Q5 Sportback adi Q5 modelindən yeddi millimetr daha uzundur, ancaq texniki fərqləri bununla bitir. Modellərin eni, hündürlüyü, təkər bazası və mühərrik çeşidi də eynidir.

Audi Q5 Sportback modelinin baza versiyası olan 40 TDI modifikasiyası 204 at qüvvəsi (400 Nm) 2,0-litrlik turbodizel ilə təchiz edilir. 50 TDI indeksli modelin kapotun altında 286 at qüvvəli (600 Nm) 3,0-litrlik V6 yerləşir. 40 TFSI və 45 TFSI benzin versiyaları, müvafiq olaraq, 204 və ya 265 at qüvvəsi hasil edən 2.0-litrlik dördlitirlik turbomühərrik ilə təchiz olunurlar.Model çeşidin zirvəsində 354 at qüvvəli (500 Nm) 3,0-litrlik V6 benzin turbomühərriki ilə təchiz edilən SQ5 Sportback krossoveri yerləşir. Qoşulan hibridləri - 299 at qüvvəli 50 TFSI e və 367 at qüvvəli 55 TFSI e modelləri təmlik edirlər.

Audi Q5 Sportback modelinin transmissiya çeşidindən mexaniki ötürmələr qutusu çıxarılıb. Yeganə öndən ötürməli modifikasiya 163 at qüvvəli (370 Nm) 2,0-litrlik turbodizel ilə təchiz edilən 35 TDI modifikasiyası olacaqdır. Dördsilindrli mühərriki olan Audi Q5 modelləri 7-pilləli "robot" və arxa oxu qoşan muftası olan quattro ultra tam ötürmə sistemi, altısilindrli modifikasiyalar isə, 8-pilləli "avtomat" və quattro sistemi ilə təchiz edilirlər.

Audi Q5 Sportback modelinin salonu yenilənmiş Q5 krossoveri ilə tamamilə eynidir. 10,1-düymlük sensorlu ekran olan yeni MIB məlumat-əyləncə kompleksi standart avadanlıqdır, 12,3-düymlük virtual cihazlar paneli isə opsiyadır.

Alçaq tavanın olması səbəbindən arxa sərnişinlərin başı üzərindəki yer azaldılıbdır. Odur ki, boyu 183 santimetrdən yuxarı olan sərnişinlər üçün məkan bir qədər dar olacaq. Baqajın tutumu da dəyişib: Q5 Sportback modelinin baqaj bölməsinin elan edilmiş həcmi 510 litr təşkil edir. Adi Audi Q5 modelində isə bu göstərici 550 litrə bərabərdir.

Avropada Audi Q5 Sportback modelinin satışına ilin sonuna qədər başlanacaqdır. Kupe-krossun digər bazarlardakı satışlarına 2021-ci ildə başlanmalıdır. Audi şirkəti kross-kupenin Q5 ailəsinin satışlarının üçdə birini təşkil edəcəyini gözləyir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/889671.html