Xəstəliyin əlamətləri və təsirləri qadınlarda daha uzun çəkir

 23:20 24.10.2020     40

Koronavirusa yoluxan qadınlarda simptomların daha uzun zaman çəkdiyi məlum olub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, London Kral Kollecində 4 milyondan çox vətəndaşın istifadə etdiyi "Covid Symptom Study" tətbiqindən faydalanaraq bir tədqiqat aparılıb.

Bu tədqiqat qadınların virusun təsirlərini kişilərdən daha uzun müddət hiss etdiklərini sübut edib. Qadınların yaşının 50-dən çox olması, artıq çəki və astma xəstəliyi Covid-19 təsirlərini uzun müddət hiss etmək baxımından risk amilləridir. Tətbiq məlumatları hər 10 nəfərdən birinin 1 ay sonra, hər 50 nəfərdən birinin isə 3 aydan sonra Covid-19 təsirindən əziyyət çəkdiyini göstərib.

Tədqiqat qrupundakı həkimlərdən biri Claire Steves deyib ki, ilkin məlumatlarda, kişilərin xəstəliyi daha ağır keçirdikləri, Covid-19-dan ölüm riskinin onlarda daha yüksək olduğu məlum olub. Onun sözlərinə görə, qadınların da uzun müddət Covid-19 riski altında olduqlarını demək olar.

O, Covid-19-un ilk həftəsində 5-dən çox simptomun mövcudluğunun, xəstəliyin uzanmasında əsas risk faktorlarından biri olduğunu qeyd edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/891861.html