Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat aparılıb

 00:45 25.10.2020     50

Məşhur amerikalı aktyor Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə 73 yaşlı aktyor özünün ınstagram səhifəsində yazıb. Bildirib ki, ürəyində aortal klapanı yenisi ilə əvəzləyiblər. Özünü fantastik hiss etdiyini və artıq Klivlendin küçələrində gəzdiyini qeyd edən Arnold məlumata xəstəxanada çəkilən fotoşəklini də əlavə edib.

Şvartsenegerin anadangəlmə ürək qüsuru var. O, ilk əməliyyatı 1997-ci ildə keçirmişdi: həmin vaxt ağciyər arteriyasının klapanını dəyişmişdilər. Təkrar əvəzləmə əməliyyatı 2018-ci ildə lazım gəlmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/892050.html