"Ayaks"dan tarixi qələbə - 13:0

 03:30 25.10.2020     43

Futbol üzrə Niderland çempionatının 6-cı turu çərçivəsində keçirilən "Venlo" - "Ayaks" matçında tarixi nəticə qeydə alınıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Ayaks" bu görüşdə 13:0 hesablı qələbəyə sevinib.

Bu, "Ayaks"ın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı.
 
Bunadək rekord 1971/72 mövsümündə qeydə alınmayıb. Həmin vaxt "Ayaks" "Vitess"i 12:1 hesabı ilə məğlub edib.
 
Bu, həm də Erediviziya tarixində ən böyükhesablı qələbədir.
 
Qeyd edək ki, altı oyuna 15 xal toplamış "Ayaks" hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/892060.html