Pandemiya ilə bağlı yeni rekord - 1 sutkada yarım milyon insan...

 02:54 25.10.2020     33

Dünyada koronavirusa sutka ərzində yoluxma hallarında yenidən antirekord qeydə alınıb.

Publika.az Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir ki, son sutka ərzində COVID-19-a 465 322 yoluxma aşkarlanıb.

Bundan əvvəlki antirekord oktyabrın 23-də qeydə alınıb. Həmin gün dünyada koronavirusa sutkalıq yoluxma 445 419 təşkil edib.

Pandemiya ərzində dünyada COVID-19-a 42,5 milyondan çox yoluxma aşkarlanıb. Dünyada koronavirusdan 1,1 milyondan çox insan ölüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/332962.html