Bəzi inkişaf etməkdə olan ölkələrdə qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir

 04:30 25.10.2020     37

Bir çox inkişaf etməkdə olan ölkələrdə qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bank bildirir ki, pandemiya dövründə Çinin sənayesində gözləniləndən daha sürətli canlanma ilə metal qiymətləri sürətlə bərpa edilib. Bəzi qidaların qiymətlərində də artım olub.

Cari ildə kənd təsərrüfatı məhsulları kimi qeyri-enerji əmtəə qiymətləri indeksinin 1,1 faiz artacağı gözlənilir. 2021-ci ildə əmtəə qiymətlərinin orta dərəcədə artacağı proqnozlaşdırılır. Qeyri-enerji mallarının qiymət indeksinin isə 1,7 faiz artacağı nəzərdə tutulur.

Kənd təsərrüfatı məhsullarının qiymət indeksinin bu il 2,8 faiz artacağı gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/892042.html