Benzema 250-ə çatdı

 19:49 25.10.2020     40

İspaniya La Liqasının 7-ci turunda "Real Madrid" "Barselona"ya 3:1 hesabı ilə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu qələbə "kral klubu"nun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Belə ki, bu, fransalı futbolçunun "Real"ın heyətində La Liqadakı 250-ci qələbəsi olub.

Madrid təmsilçisinin heyətində 2009-cu ildə debüt edən futbolçu, La Liqada keçirdiyi 355 oyunda 170 qol vurub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/892191.html