"Möhtəşəm oyun nümayiş etdirdik"

 19:59 25.10.2020     37

İspaniya La Liqasının 7-ci turunda "Barselona"ya 3:1 hesabı ilə qalib gələn "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, oyundan razı qaldığını bildirib:

"Bu, komanda qələbəsidir. Möhtəşəm oyun nümayiş etdirdik. Burdan üç xalla ayrılmaq asan deyil. Son zamanlarda tənqidləri də nəzərə alsaq, sakit qalmalı idik. Son günlərdə deyilənlərdən sonra komandanın bu gün göstərdiyi oyundan məmnunam. Bu qələbəyə layiq idik. Bu gün meydanda etdiyimizi növbəti oyunlarda da təkrarlamalıyıq. Bizi tənqid edənləri susdurmaq üçün burdayıq. Edə biləcəklərimizə inanırıq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/892193.html