Abşeronda avtomobil motosikletlə toqquşdu, xəsarət alan var

 07:17 26.10.2020     35

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Avtomobil hərəkətdə olarkən motosikletlə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü 1998-ci il təvəllüdlü Atayev Məhəmməd Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. /Report


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/333091.html