Antiseptiklərdən istifadə ölümə aparır - XƏBƏRDARLIQ

 07:28 26.10.2020     39

COVID-19-un qarşısını almaq üçün müxtəlif növ əl təmizləyicilərinin geniş miqyaslı istifadəsi daha təhlükəli viruslar yarada bilər.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, tədqiqatçılar antiseptiklərdən həddindən artıq istifadənin antibiotik müqavimətini inkişafına və insan ölümünə səbəb olacağı barədə xəbərdarlıq edib.

Məlumatda qeyd edilib ki, koronavirusun qarşısını almaq üçün hər kəsin bildiyi kimi insanlar üz maskaları taxmalı, əllərini tez-tez sabun və ya antiseptiklərlə yumalı, sosial məsafəni qorumalıdır. Son zamanlarda əl təmizləyicilərinin və antibakterial komponentləri olan jellərin satışında sürətli artım olub. Alkohol əsaslı əl təmizləyicilərindən həddindən artıq istifadə, digər bakteriya və virusların uyğunlaşmasına və antibiotik müqavimətini inkişaf etdirməsinə imkan verir.

Dünyanın bir çox ölkəsində koronavirus infeksiyası qorxusu antiseptiklərin kütləvi alqı-satqısına səbəb olub.

Doktor Kemp bildirib ki, dərinin bakteriya və viruslardan təmizlənməsi üçün ən yaxşı yolun əllərin sabunla yuyulmasıdır.

"Antiseptiklərdən ancaq su və sabun olmayan yerlərdə istifadə edilməlidir. Antiseptiklərdən ancaq başqa çarə olmadıqda, fövqəladə hallarda istifadə edilməlidir. Əks halda bəşəriyyət antibiotiklərə antibiotikə davamlı bakteriya və virusların yaratdığı bütün Armageddonla qarşılaşacaq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/877986.html