Pakistanda partlayış: 7 ölü

 08:09 26.10.2020     39

Pakistanın qərbindəki Kvetta şəhərində məsafədən idarə olunan bombanın partlaması nəticəsində ən azı yeddi nəfər ölüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, partlayıcı qurğu birləşdirilmiş motosiklet şəhərin kənarında yerləşən meyvə bazarının ərazisində partlayıb. Hadisə nəticəsində yaralıların da olduğu qeyd olunur.

Bəlucistan əyalət rəhbərliyi zərərçəkənlərə tibbi yardım göstərmək üçün müvafiq xidmətlərə təlimat verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/892229.html