Kolumbiyada 5 nəfər güllələnərək öldürüldü

 09:33 26.10.2020     37

Kolumbiyanın şimalında baş verən naməlum şəxslərin silahlı hücumu nəticəsində azı beş nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə "La FM" radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə San-Benito-Abad və San-Markos bələdiyyələrinin sərhədində baş verib. Naməlum şəxslər beş nəfəri güllələyiblər. Onların cəsədləri sonradan qonşular tərəfindən aşkarlanıb.

İnsidentlə bağlı istintaq araşdırmaları aparılır. Bölgəyə əlavə ordu və polis qüvvələri göndərilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/892246.html