Myasnikov cavan qalmağın təsirli yolunu açıqladı

 09:34 26.10.2020     36

Doktor Aleksandr Myasnikov bədənin daha yavaş yaşlanmasına kömək edəcək sadə bir yolu paylaşıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim cavan qalmaqda beyinin inkişaf etdirilməsinin önəmli olduğunu qeyd edib.

Myasnikovun sözlərinə görə, insan daim yeni bir şey öyrənməlidir, çünki təzə məlumatların mənimsənilməsi bədənin çürüməsini gecikdirir.

Televiziya aparıcısı əlavə edib ki, kompleks idmana və ya xarici dil öyrənməyə çalışa bilərsiniz.

“Yaradın, sınayın, yeni bir şey öyrənin! Yaşlanmamaq üçün dəyişikliklərdən qorxmayın” - "Rusiya-1" telekanalının efirində həkim vurğulayıb.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/333101.html