"Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi" - Deputat

 09:49 26.10.2020     39

Azərbaycan Prezidenti, cənab İlham Əliyevin "Fox News" telekanalına müsahibəsi əslində bir çox mətləblərə və məqamlara yenidən aydınlıq gətirdi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, əvvəla həm Qərb mediası, həm də onun təmsilçisi anladı ki, ölkə Prezidenti özünə qarşı yönəlmiş ən mürəkkəb suallara belə verdiyi mükəmməl cavablarla, dərin məntiqi və məlumatlılığı ilə sözün gerçək anlamında qarşısındakı istənilən jurnalisti tərki-silah eləməyə qadirdir:

"İkincisi, ölkə başçısı, Ali Baş Komandan növbəti dəfə sübut etdi və əyani şəkildə göstərdi ki, sadəcə hərb meydanında deyil, eyni zamanda informasiya məkanında da millətinin və dövlətinin maraqlarını ən yüksək formada qorumağa davam edir. Nəhayət, İlham Əliyevin peşəkarcasına diplomatik davranışı, dərin zəkası, səlis nitqi əslində çoxları üçün həm də bir dərs idi, master-klass idi.

İlham Əliyev öz xalqının maraqlarını və mənafeyini qürurla, ləyaqətlə qoruyur. Ordumuzdakı əzm və rəşadət də Ali Baş Komandana olan güvənlə bağlıdır. Bu gün Azərbaycan xalqının öz lideri ilə elə bir bağlılığı və həmrəyliyi var ki, bu gün ordumuz, əsgərlərimiz hər bir vətəndaş tərəfindən elə bir şəkildə dəstəklənir ki, bu ruhun, bu iradənin qarşısında heç bir düşmən tab gətirə bilməz. İnsanlar öz liderinə baxıb qürur duyur, İlham Əliyevin hər açıqlaması, hər müsahibəsi, hər fikri bizlər üçün qızıldan qiymətli və dəyərlidir. Çünki hər ifadəsində Azərbaycan var, milli maraqlar var, bizim gözlədiklərimiz var, həqiqətlər var, ümid var, qələbə əzmi var. "Fox News"a verilən müsahibə də həmin qəbildəndir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/892244.html