Bakıda 3 nəfəri avtomobil vurub

 10:11 26.10.2020     37

Bakının Xətai və Sabunçu rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabunçu rayonu ərazisində 2 nəfəri avtomobil vurub.

Sabunçu bazarının yaxınlığında yolu keçən 1973-cü il təvəllüdlü Abbasov Əflatun Təyyar oğlunu minik avtomobili vurub. Yaralı baş nahiyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sabunçu rayonu, Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Xaləddin Balakərim oğlunu minik avtomobili vurub. Yaralı sol baldırının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xətai rayonu, Cavanşir küçəsində də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1964-cü il təvəllüdlü Həsənli Məhərrəm İslam oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı sol baldır sümüklərinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/892248.html