"Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar" - Psixoloq

 10:33 26.10.2020     28

Böyüklərin onlara təbliğ etdiyi ideologiyaya söykənməklə müharibədə bilavasitə iştirak edən, psixoloji travma səbəbindən əllərinə silah alan, tanımadığı insanları qətlə yetirən uşaqların sonrakı həyatında ciddi emosional davranış pozuntular yaranır.

Milli.Az bildirir ki, bunu Trend-ə psixoloq Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, uşaqda qisas hissini artıran ideoloji təbliğat və təsirlər müxtəlif dini fəlsəfi maraqlardan irəli gəlir. İraqda, Suriyada, Afrikadakı uşaqları buna misal olaraq göstərən psixoloq bunun ən son nümunəsi kimi erməni hərbi qüvvələrinin sıralarına uşaqların cəlb olunmasını qeyd edib.

Onun sözlərinə görə, erməni uşaqların hərbi təlimlərə cəlb edilməsi ermənilər tərəfindən sosial təziq, etnik dini amillərin mənfi mövqedə qabardılmasının nəticəsidir.

E.Baxışlı əlavə edib ki, bu ruhda böyüdülən uşaqlar sonrakı dönəmdə - müharibənin bitməsindən sonra sosial əlaqələrin qurulmasında, etnik dəyərlərlə bağlı ciddi psixoloji problemlər yaşayacaqlar: "Belə ki, Qarabağın Azərbaycana qaytarılmasından sonra bir gələcək nəslin təmsilçiləri olaraq, həmin erməni uşaqların azərbaycanlı yaşıdları ilə uyğunlaşmasında, birgə məkanda dərs keçməsi və ya əmək fəaliyyətinə cəlbində problemlər yaşana bilər. Onlar eyni zamanda, emosional gərginlik yaşamaq, aqressiya, günahkarlıq hissi, cəmiyyəti günahlandırma, təqibçilik, izolə edilmə kimi fobiyalar yaşaya bilərlər.

Psixoloqun fikrincə, belə uşaqlar Müharibəsiz həyata uyğunlaşma çətinliyi, başqa cəmiyyətə aid ola bilməmək, özünütəcrid kimi problemlər yaşayırlar. Buna görə də onlarpsixoloji yardım, sosial qrup məşğələləri kimi reabilitasiya proqramlarına qoşulmalıdırlar.

Müharibə və uşaq anlayışlarının bir - birinə uyğun olmayan zidd anlayışlar olması qənaətində olan E.Baxışlı əlavə edib ki, psixoloji baxımdan müharibədə iştirak edən uşaqlar bir neçə qrupa bölmək olar:"Məktəbəqədər yaşlı - 4-5 yaşlı uşaqlatda itirmək qorxusu yüksək olur, onlar baş verənləri dərk edir, emosional reaksiya onlarda üstün olur.

Orta məktəbyaşlı (6-11) uşaqlar baş verənləri dərk edir, əzizləri üçün narahat olur, onları qorumağa çalışırlar, aqressiv emosional davranış pozuntuları qeyd olunur. Bu yaşda uşaqlarda düşmən hədələyici, qorxu hissi yaradacaq təhriflərlə onların təfəkkürünü və davranışını özünə uyğun şəkildə formalaşdırır. Yuxarı yaş məktəblilər - 12-17 yaşlılar birbaşa və ya dolayı müharibədə iştirak edən, tərəf tutan, ideoloji fəlsəfi,dini təfəkkürə sahibdirlər. Müharibə şəraitində ən təhlükəli qrup sonuncu qruplardır. Onların təfəkkürünü istənilən ideoloji təhriflərlə, yalanlarla idarə etmək mümkündür. Biz həm yaxın qonşu ölkələrdə, həm də tarixi mənbələrə baxsaq, davamlı olaraq partizan, separatçı, terrorist, dini, etnik, siyasi əqidəli qruplar çox məharətlə uşaqlardan istifadə edirlər.

Bu uşaqlar sosial, şəxsi, dini və maddi ehtiyacın ödənilməsi üçün, yaxud da həyatı təhlükəyə, psixoloji təzyiqə məruz qalaraq müharibədə istifadə olunurlar. Nəticədə mükafata və ya cəzaya məruz qalır, xəsarət alır və ya həyatlarını itirirlər. Uşaqlarını müharibəyə göndərən erməni analar məhz bu amilləri nəzərə almalıdırlar".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/892258.html