Şəkidə 3 min tondan çox quru tütün istehsal edilib

 10:55 26.10.2020     43

Bu günədək Şəki rayonunda fermerlər 3,2 min ton quru tütün istehsal edib.

Milli.Az bu barədə Azərbaycan Sənaye Korporasiyasına istinadən məlumat verir.

Qeyd olunub ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1 108 hektar sahədə tütün əkilib:

"Bu mövsüm fermerlər 598,5 hektar sahədə "Virginia Botanical" sortundan tütün, 509,5 hektar sahədə isə yerli sort tütün əkiblər".

Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. 1 920 ton istehsal olunmuş quru tütün ixracatçı müəssisələr tərəfindən satın alınıb.

Bu ilin əvvəlindən etibarən "Azərtütün"ün Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermərlə tərəfindən 10 795 ton tütün göndərilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/892260.html