Ermənilərin qətlə yetirdiyi mülki əhali ilə bağlı yeni məlumat yaydı

 10:57 26.10.2020     25

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hazırki vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.
297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaq olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/333118.html